Şəfəqə Doğru » Gündəm » Bakıda qohumu 11 yaşlı qızı zorladı

Bakıda qohumu 11 yaşlı qızı zorladı

Bakıda qohumu 11 yaşlı qızı zorladı

Bakının Xətai rayonunda uşaq zorlanıb.

Shafaqadogru.com -un məlumatına görə, Xətai Rayonu Polis İdarəsindən Sputnik-ə cinayətin qurbanının 11 yaşlı qız olduğu bildirilib. 

Cinayət işinin açılması üçün zərər çəkmiş qızın atası polisə müraciət edib. Kişi qeyd edib ki, cinayət 23 mart tarixində, təxminən axşam saatlarında baş verib. Bəxtsiz ata bildirib ki, qızını zorlayan şəxs evinə qonaq gələn 1986-cı il təvəllüdlü A.Hümbətov olub.
 
Şikayətçinin sözlərinə görə, Hümbətov onun qızı ilə təklikdə qalıb və azyaşlını zorlayıb. Daha sonra o, cinayət yerindən qaçıb. Yalnız bundan sonra qızın valideynləri hadisədən xəbər tutublar. 

Cinayəti törədən şəxs hələ də saxlanılmayıb. İş araşdırılması üçün prokurorluğa verilib.