Rusiya ordusu gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Odessadakı yaşayış binasına zərbələr endirib.
APA “unian“a istinadən xəbər verib ki, bu barədə vilayətin Mülki Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib. O bildirib ki, nəticədə ilkin məlumata görə iki nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralıların arasında azyaşlı uşaqlar da var.