Qazax rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Mediaxeberleri.Az-a verilən xəbərə görə, Qazax rayonunun Hüseynbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta sexinin yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi qismən yanıb.
Sexin qalan hissəsi, dəzgah və taxta materiallar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.