Şəfəqə Doğru » Gündəm » Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb

Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb

Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb

Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələri aşağıdır.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. 

Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb.

“Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”, - nazir əlavə edib.