Rusiyanın “Cənub” qoşun qruplaşmasının bölmələri Donetsk isdtiqamətində Petrovka qəsəbəsini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik həmçinin bildirir ki, “Şərq” qoşun qruplaşmasının bölmələri də Donetskdə Voskresenka yaşayış məntəqəsini nəzarətə götürüb.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadası, dəniz piyadaları briqadası və iki ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikası Dnepropetrovsk vilayətinin Novogeorgiyevka, Zaporojye vilayətinin Temirovka və Poltavka yaşayış məntəqələri ərazilərində darmadağın edilib // modern.az