Şəfəqə Doğru » Gündəm » Məşhur futbolçu: "Qadın futbolu psixi xəstəlikdir"

Məşhur futbolçu: "Qadın futbolu psixi xəstəlikdir"

Məşhur futbolçu: "Qadın futbolu psixi xəstəlikdir"
"Mançester Siti" klubunun sabiq futbolçusu Coi Barton qadın futbolu ilə bağlı qalmaqallı açıqlama verib.

İdmançı qadın futbolçular arasında AVRO-2025 turnirinin ikinci yarımfinal matçından sonra sosial şəbəkələrdə paylaşım edərək, qadınların meydandakı oyununu psixi pozğunluqlarla müqayisə edib.

"Qadın futbolu - bu, psixi xəstəlikdir", deyə Barton X platformasında yazıb.


Qeyd edək ki, turnirin final oyunu 27 iyul tarixində İsveçrənin Bazel şəhərindəki "Zankt-Yakob Park" stadionunda keçiriləcək. İngiltərə yığması yarımfinalda İtaliya komandasını 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Onlar həlledici qarşılaşmada Almaniya üzərində əlavə vaxtda 1:0 hesablı qələbə qazanan İspaniya ilə qarşılaşacaqlar. 

Coi Barton 2002-2017-ci illərdə İngiltərənin "Mançester Siti", "Nyukasl", "Queens Park", "Barnli", Şotlandiyanın "Reyncers" və Fransanın "Marsel" klublarında çıxış edib. O, 2007-ci ildə İngiltərənin əsas yığmasında bir rəsmi oyuna çıxıb. 42 yaşlı veteran yarımmüdafiəçi daha sonra məşqçiliyə başlayıb. O, indiyədək "Flitudd Toun" və "Bristol Rovers" klublarını çalışdırıb // qaynarifo