“SOCAR-AQŞ”nin 54 milyonluq yeyintidə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin məhkəmə araşdırması başa çatıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Ramin İsayevə xüsusilə külli miqdarda mənimsəmə ilə yanaşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddəsi də ilə ittiham verilmişdi.
Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə tərkibi 1 il çəkən istintaqın yekununda belə qənaətə gəlib ki, verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahidlərin ifadələri ilə təsdiqini tapıb.
Hökmə əsasən, Ramin İsayevə 14 il azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, onun üzərinə həbs qoyulmuş çoxsaylı əmlakları müsadirə edilib.
Qeyd edək ki, sabiq “SOCAR-AQŞ” rəhbəri 2 il əvvəl-2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan həbsdədir // qafqazinfo