Şəfəqə Doğru » Gündəm » Aeroportda sərnişinin çamadanından 10 minlik qızıl oğurlayan şəxs saxlanılıb

Aeroportda sərnişinin çamadanından 10 minlik qızıl oğurlayan şəxs saxlanılıb

Aeroportda sərnişinin çamadanından  10 minlik qızıl oğurlayan şəxs saxlanılıb

Gəncədə hava limanında oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” saytı  DİN-in Mətbuat xidmətinə istinadən xəbər yayıb ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Tahir Sayadov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10 000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.