Şəfəqə Doğru » Gündəm » Metroda gediş haqqı 60 QƏPİK olacaq

Metroda gediş haqqı 60 QƏPİK olacaq

Metroda gediş haqqı 60 QƏPİK olacaq

Bakı Metropoliteni QSC-də gediş haqları artırılıb.

Yeni tarif Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında qeyd olunub.

Bildirilib ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyən edilib.

Həmçinin qeyd olunub ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.

Sözügedən dəyişiklik oktyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Bakı Metropoliteni QSC-də gediş haqqı 50 qəpik təşkil edir // oxu.az