Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad edilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin direktorun müavini-baş həkim İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 7 oktyabr tarixindən tutduğu vəzifədən azad edilib: “Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib”// qafqazinfo