Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə media nümayəndələrinə müraciət edib.
APA-nın məlumatına görə, Şeyxülislam jurnalistlər üçün keçirilən "Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda 2 həftəlik seminarın açılışında bildirib ki, fəaliyyətində jurnalistlərə çox arxalanır və onlardan təkliflər gözləyir.
O qeyd edib ki, jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var: "Mən artıq düşünmüşəm və hazırlanması üçün tapşırıq vermişəm ki, jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunsun. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək”.
Qeyd edək ki, seminarın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və digər şəxslər iştirak edib.