Parisdəki Luvr muzeyindən oğurlanan qiymətli zinət əşyaları ilə bağlı yeni məlumat yayılıb. Polis 25 oktyabr axşamı Luvrun soyulması işi üzrə iki şübhəlini saxlayıb.
Bu barədə Le Figaro qəzeti məlumat verib.
Şübhəlilərdən biri Parisdəki Ruassi — Şarl de Qoll aeroportunda Əlcəzairə uçan təyyarəyə minməyə cəhd göstərərkən saxlanılıb.
