Şəfəqə Doğru » Gündəm » Avropadan Azərbaycana gələn turistlərin sayı kəskin azalıb

Avropadan Azərbaycana gələn turistlərin sayı kəskin azalıb

Avropadan Azərbaycana gələn turistlərin sayı kəskin azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən 167 740 turist səfər edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% azdır.

O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84 258 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 21,5% azdır.

Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 27 908 nəfər. Bu, illik müqayisədə 22,8% azdır.

Bundan əlavə, Belarusdan 20 937 nəfər (-20,4%), Polşadan 8 266 nəfər (-19,6%), Moldovadan 3 581 nəfər (−26,7%), Macarıstandan 3 508 nəfər (-10,1%), Rumıniyadan 2 841 nəfər (−18,9%), Çexiyadan 2 801 nəfər (+4,6%), Litvadan 2 174 nəfər (−39,7%), Bolqarıstandan 2 003 nəfər (-25,9%), Latviyadan 1 861 nəfər (−32,3%), Serbiyadan 1 590 nəfər (-25,2%), Slovakiyadan 1 440 nəfər (−32,5%), Estoniyadan 1 426 nəfər (−20,6%), Xorvatiyadan 1 284 nəfər (-4,5%), Sloveniyadan 664 nəfər (-1,6%), Kiprdən 571 nəfər (+6%), Monteneqrodan 413 nəfər (+7,6%), Bosniya və Hersoqovinadan 390 nəfər (-25,7%), Şimali Makedoniyadan 314 nəfər (-10,5%), Albaniyadan isə 286 nəfər (−38,1%) turist gəlib.

9 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 83 482 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 21,8% azdır.

Qərbi Avropa ölkələri arasında ən çox turist 20 308 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 21% azdır.

Bundan əlavə, Almaniyadan 18 353 nəfər (-15,5%), İtaliyadan 11 221 nəfər (-17,4%), İspaniyadan 5 850 nəfər (−23%), Fransadan 5 225 nəfər (−29%), Niderlanddan 4 877 nəfər (-20,4%), Avstriyadan 2 393 nəfər (-17,1%), Belçikadan 2 290 nəfər (−22,7%), Portuqaliyadan 2 055 nəfər (-25%), İsveçdən 2 020 nəfər (-39,1%), Yunanıstandan 1 909 nəfər (-%2), İsveçrədən 1 813 nəfər (-28,1%), İrlandiyadan 1 407 nəfər (-28%), Norveçdən 1 229 nəfər (-40,2%), Danimarkadan 1 088 nəfər (−44,5%), Finlandiyadan 701 nəfər (−40,4%), Lüksemburqdan 364 nəfər (-18,6%), Maltadan 198 nəfər (-39,4%), İslandiyadan 187 nəfər (-56,2%), Andorradan 14 nəfər (-26,3%) turist gəlib // report