Şəfəqə Doğru » Gündəm » Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil- Nazirdən izah

Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil- Nazirdən izah

Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil- Nazirdən izah

“Kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olmalıdır anlayışından uzaqlaşmaq lazımdır”.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Kənddə yaşayan hər kəs üçün alternativ iş imkanları yaradılmalıdır. Buraya sənaye, turizm, logistika kimi sahələri misal göstərmək olar. Amma kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olacaq anlayışı ilə nəticə etibarilə qeyri-effektiv aqrar iqtisadiyyat əldə edirik. Ölkədə hazırda bir təsərrüfata 1,7 hektar sahə düşür. 1,7 hektar sahə ilə hər hansı bir fermerin öz ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bu, bir reallıqdır, bunu biz anlamalıyıq”,- nazir bildirib // apa