Şəfəqə Doğru » Gündəm » "Biz İranda gizli şəkildə uran zənginləşdirmirik..."

"Biz İranda gizli şəkildə uran zənginləşdirmirik..."

"Biz İranda gizli şəkildə uran zənginləşdirmirik..."

"Artıq heç bir nüvə obyektində uran zənginləşdirmirik"

Bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi "Associated Press"ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, iyun ayında İsrail və ABŞ-ın nüvə obyektlərinə zərbələrindən sonra bu proses faktiki dayanıb: "Biz İranda gizli şəkildə uran zənginləşdirmirik. Zənginləşdirmə obyektlərimizə hücum edildiyi üçün hazırda proses dayanıb. Və bütün obyektlər Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır".

Nazir ABŞ və digər ölkələrlə danışıqların bərpasının mümkünlüyü barədə sualı belə cavablandırıb: "Bizim nüvə proqramı ilə bağlı mesajımız aydındır. İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək və zənginləşdirmək hüququ mübahisəsizdir. Bizim bu hüququmuz var və istifadə etməyə davam edirik. Ümid edirik ki, beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ bu hüquqları başa düşür".