Şəfəqə Doğru » Gündəm » Vəzifəli şəxs qismində dələduzluq edən həbs olunub

Vəzifəli şəxs qismində dələduzluq edən həbs olunub

Vəzifəli şəxs qismində dələduzluq edən həbs olunub

Ağsuda özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən şəxs saxlanılıb.

“Qafqazinfo”-nun xəbərinə görə, Ağsu RPŞ-nin keçirdiyi tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər də dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb.

Bildirilib ki, o özünü vəzifəli şəxs kimi təqdim edərək müxtəlif vədlərlə zərərçəkmişlərdən bank kartına pul göndərməsini tələb edib.

Q. Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23  sutka inzibati qaydada həbs olunub.