Kosmonavt Oleq Artyomov NASA-nın “Crew-12” missiyasından çıxarılıb.
Bu barədə “İnsayder” nəşri məlumat yayıb.
Buna səbəb Artyomovun ABŞ-ın ixrac nəzarəti qaydalarını (İTAR) pozması olub.
Bildirilib ki, Kaliforniyadakı müəssisədə təlim keçən rusiyalı kosmonavt “SpeysX”ın daxili sənədlərinin və kosmik gəminin mühərrikinin şəklini telefonu ilə çəkib və materialları binadan çıxarıb.
Hadisə ilə bağlı araşdırma başlayıb // axar.az
