Şəfəqə Doğru » Gündəm » Yeni icra başçısı 23 illik müavini işdən çıxarıb

Yeni icra başçısı 23 illik müavini işdən çıxarıb

Yeni icra başçısı 23 illik müavini işdən çıxarıb

İqtisadiyyat.az-a istinadən yayılan xəbərdə bildirilir ki, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, 59 yaşlı M. Nuriyeva 2002-ci ildən bu vəzifədə idi.

Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-ü Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.