Mayamidə Ukrayna və ABŞ arasında yeni danışıqlar raundu keçiriləcək.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib.
"Birləşmiş Ştatlarda işimizin üçüncü günüdür. Bu gün general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə daha bir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik. Növbəti irəliləyişlərə və praktiki nəticələrə ümid edirik", - deyə o qeyd edib // axar.az
