Rusiya-Ukrayna müharibəsində daha 3 azərbaycanlı itkin düşüb.
Axar.az-ın xəbərinə görə , bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Qazax rayonu Quşçu Ayrım kənd sakini Sənani Əziz oğlu Məmmədov, Sumqayıt şəhər sakini Əfqan Sahabin oğlu Musayev və Neftçala rayon sakini Şəhriyar Yaşar oğlu Axundov döyüşlərdə itkin düşüblər.
Onların hamısının Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak etdiyi bildirilib.
Məlumata görə, adları çəkilən azərbaycanlıların bəziləri Rusiya həbsxanalarından azad edilərək, müharibə zonasına göndərilib.
