Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov bu gün vəfat edib.
Gununsesi.info-ya istinadla yayılan xəbərə görə, 55 yaşlı hakimin onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi deyilir.
Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.
O, 2007-11-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-25 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.
