Şəfəqə Doğru » Gündəm » Sənəd saxtakarlığına görə üç nəfər futboldan uzaqlaşdırılıb

Sənəd saxtakarlığına görə üç nəfər futboldan uzaqlaşdırılıb

Sənəd  saxtakarlığına görə üç nəfər futboldan uzaqlaşdırılıb

Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Region Liqasında iştirak edən "Bakı" TFK komandasının rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, "Baku TFK"nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub // mia.az