Şəfəqə Doğru » Gündəm » Zelenski Trampdan Ukrayna üçün 50 illik təhlükəsizlik zəmanətləri istəyib

Zelenski Trampdan Ukrayna üçün 50 illik təhlükəsizlik zəmanətləri istəyib

Zelenski Trampdan Ukrayna üçün 50 illik təhlükəsizlik zəmanətləri istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Kiyevə 50 illik təhlükəsizlik zəmanətləri verilməsini təklif edib.

Məlumatı "RBK-Ukrayna" yayıb.

Sayt yazır ki, bu barədə Zelenski jurnalistlərə bildirib:

"Mən ona dedim ki, faktiki bizim müharibə artıq təxminən 15 ildir (hərbi müdaxilədən əvvəlki dönəmlərdəki "soyuq müharibə" dövrünü də nəzərdə tutur-red.) davam edir. Buna görə də çox istərdik ki, zəmanətlər daha uzunmüddətli olsun. Bildirdim ki, biz 30-40-50 illik müddəti nəzərdən keçirmək istərdik. O zaman bu, prezident Trampın tarixi qərarı olacaq. Prezident dedi ki, bu barədə düşünəcək".


Ukrayna və ABŞ prezidentləri zəmanət məsələlərini dünən Floridada keçirilən görüşdə müzakirə ediblər. Hər iki siyasətçi görüşün nəticəsini müsbət qiymətləndirib.

ABŞ prezidenti qeyd edib ki, məsələlərin 95%-i razılaşdırılıb. Onun sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanətlərinin böyük hissəsini Avropa ölkələri öz üzərinə götürəcək.

Rusiya hakimiyyəti Ukraynaya Qərb zəmanətlərinin verilməsinə qarşı deyil. "Biz Rusiya və Ukrayna üçün işlənib hazırlanmalı olan təhlükəsizlik zəmanətlərinə hörmət edəcəyik. Şübhəsiz, Rusiya bu razılaşmalara əməl edəcək", - deyə Kreml rəhbəri Vladimir Putin bildirib.