Şəfəqə Doğru » Gündəm » Telejurnalist Nailə Əkbərova vəfat edib

Telejurnalist Nailə Əkbərova vəfat edib

Telejurnalist  Nailə Əkbərova vəfat edib

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova vəfat edib.

62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.

O, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.

N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır // mia.az