Şəfəqə Doğru » Gündəm » Məktəbdə müəllim direktor müavinini döyüb - Qaradağda insident

Məktəbdə müəllim direktor müavinini döyüb - Qaradağda insident

Məktəbdə müəllim direktor müavinini döyüb - Qaradağda insident

Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.


Məlumata görə, hadisə tədris prosesi zamanı qeydə alınıb.

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə müavin çənəsindən və bədənin digər nahiyələrindən xəsarətlər alıb.

Hadisə məktəbdə olan müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır // teleqraf.az