Şəfəqə Doğru » Gündəm » Bakıdan Ermənistana növbəti dəfə neft məhsulları yola salınıb

Bakıdan Ermənistana növbəti dəfə neft məhsulları yola salınıb

Bakıdan Ermənistana növbəti dəfə neft məhsulları yola salınıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.

Globalinfo.az-ın xəbərinə görə, 1742 ton -95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.


Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.