Şəfəqə Doğru » Gündəm » Prezident Şəhidlər Xiyabanında şəhidlərinin xatirəsini yad edib

Prezident Şəhidlər Xiyabanında şəhidlərinin xatirəsini yad edib

Prezident  Şəhidlər Xiyabanında şəhidlərinin xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.