Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İran xalqına müraciət edib.
Gununsesi.info sayti həmin müraciəti təqdim edib:
“Ey dözümlü və azadlığı sevən İran xalqı! Sizə ağrı və xəyanətlə dolu bir qəlbdən müraciət edirəm.
Mən, öz ölkəsinin dağılmasını Qərbin aldadıcı gülümsəmələri və yalan vədləri səbəbindən yaşamış bir qadının səsiyəm.
Sizi xəbərdar etmək istəyirəm: imperialistlərin aldadıcı sözlərinə və şüarlarına inanmayın.
Bir zamanlar onlara belə demişdilər: “Əgər nüvə və raket proqramlarınızdan imtina etsəniz, dünya qapılarını sizə açacaq.
Atam, xoş niyyət və dialoqa ümid edərək güzəştləri seçdi.
Amma nəticədə biz NATO-nun bombalarının ölkəmizi xarabaya çevirdiyini gördük.
Liviya qana batdı və xalqımız yoxsulluq, sürgün və dağılmış dövlətlə üz-üzə qaldı.
Düşmənə güzəştə getmək yalnız dağıntı, parçalanma və əzab gətirər.
Qurdla danışıqlar qoyunu xilas etməyəcək, və əsl sülhü gətirməyəcək; bu, yalnız növbəti yemək vaxtını müəyyən edər”.
