Şəfəqə Doğru » Gündəm » Goranboyda anasını qətlə yetirib, arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Goranboyda anasını qətlə yetirib, arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Goranboyda anasını qətlə yetirib, arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.

Hadisə zamanı həyat yoldaşı – 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.