Ermənistana səfər edən azərbaycanlılar Rusiya vətəndaşlarıdır.
Axar.az-ın xəbərinə görə, bu barədə Ermənistnın Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
MTN-dən bildirilib ki, sözügedən şəxslər 2013 və 2014-cü illərdə də Ermənistana səfər ediblər.
Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Rusiya vətəndaşı Rövşən Əhmədov bir müddət öncə İrəvana səfər edib və oradan video-görüntülər çəkərək sosial şəbəkələrdə paylaşmışdı.
