Şəfəqə Doğru » Gündəm » İranda Müvəqqəti Rəhbərlik Şurası yaradılacaq

İranda Müvəqqəti Rəhbərlik Şurası yaradılacaq

İranda Müvəqqəti Rəhbərlik Şurası yaradılacaq

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani ölkədəki son vəziyyət və idarəetmə ilə bağlı mühüm bəyanatlarla çıxış edib.

O, yaxın vaxtlarda Müvəqqəti Rəhbərlik Şurasının formalaşdırılacağını elan edib.

Laricani ölkənin bütövlüyünə təhdid yaradan qüvvələrə və separatçı qruplara ciddi xəbərdarlıq edib:

"İranı parçalamaq xəyalına düşən qruplaşmalar bilsinlər ki, silahlı qüvvələrimiz ölkənin birliyinin keşiyindədir. Separatçı qruplara qarşı heç bir güzəştə yol verilməyəcək. İran xalqı ölkənin parçalanmasına imkan verməyib və verməyəcək".

Şura katibi son 12 gündə davam edən hərbi əməliyyatları "mədəniyyət qalasına hücum" kimi xarakterizə edib və xalqın düşmən təbliğatına baxmayaraq milli birliyini qoruduğunu vurğulayıb.

O, həmçinin ordunun hazırlıq səviyyəsinə də toxunub:
"Əvvəlki müharibədə itkilərimiz çox idi, lakin dünənki döyüşlərdə şəhidlərimizin sayı olduqca az olub. Silahlı qüvvələrimiz ötən illərin təcrübəsindən yararlanaraq öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər"
//musavat.com