“Əgər Amerika ordusu İranda quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də düşmən hərbçisi sağ qalmayacaq”.
“Tasnim”ə istinadən xəbərdə bildirilir ki, bunu İran İslam Respublikası Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi bəyan edib.
O, komandanlığın idarəetmə mərkəzlərindən birində ordu qüvvələrinin komandirləri ilə onlayn görüş keçirərək tapşırıqlar verib: düşmənlərin hərəkətlərini son dərəcə dəqiqliklə, anbaan izləmək və düşmənin hücum metodlarına qarşı çıxmaq üçün planları uyğun vaxtda həyata keçirmək lazımdır.
General-mayor Hatəmi vurğulayıb: “Əgər düşmən quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də sağ qalmamalıdır”.
Əmir Hatəmi deyib ki, İran İslam Respublikası ordusunun bütün şəxsi heyəti şəhid olmağa and içiblər // modern.az
