Şəfəqə Doğru » Gündəm » “Hörmüz boğazı tezliklə açılacaq”

“Hörmüz boğazı tezliklə açılacaq”

“Hörmüz boğazı tezliklə açılacaq”

ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün yenidən açılacağı ilə bağlı iddialarını yenidən gündəmə gətirib.

Dövlət başçısı bu barədə özünə məxsus “TruthSocial” sosial şəbəkə hesabında paylaşım edib.

Tramp regiondakı hərbi və diplomatik proseslərin gedişatına toxunaraq, boğazın açılmasının an məsələsi olduğunu vurğulayıb.

“Hörmüz boğazı tezliklə açılacaq və boş gəmilər artıq yük götürmək üçün ABŞ-yə axışır”, – deyə o, öz paylaşımında qeyd edib.

Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biri hesab olunur və son hərbi gərginliklər fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi ciddi müzakirə mövzusuna çevrilib.