Şəfəqə Doğru » Gündəm » Türkiyədə hökumət məktəblərdəki hücumlardan sonra hərəkətə keçdi

Türkiyədə hökumət məktəblərdəki hücumlardan sonra hərəkətə keçdi

Türkiyədə  hökumət məktəblərdəki hücumlardan sonra hərəkətə keçdi

“Məktəblərdə baş verən silahlı hücumlar fonunda rəqəmsal təhlükəsizlik tədbirlərinin gücləndirilməsi planlaşdırılır”.

Bunu ölkənin daxili işlər naziri Mustafa Çiftçi deyib.

“Uşaqların psixoloji və emosional vəziyyətinə təsir edən rəqəmsal məzmun, sosial təcrid və ailə bağlarının zəifləməsi bu problemin mühüm hissələridir. Dövlət bu sahədə yerlərdə təhlükəsizlik xidmətləri, məktəblərdə təhsil və məsləhət mexanizmləri, sosial siyasətdə isə ailələrin dəstəklənməsi vasitəsilə aktiv fəaliyyət göstərir.

Rəqəmsal platformalarda zorakılığı təşviq edən və cinayət davranışını normallaşdıran kontentə qarşı tədbirlər görüləcək. Bundan əlavə, onlayn mühitin monitorinqi gücləndiriləcək və uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün maarifləndirmə işi aparılacaq” // globalinfo