Şəfəqə Doğru » Gündəm » “Azərpoçt”-da rəhbər dəyişikliyi baş tutub

“Azərpoçt”-da rəhbər dəyişikliyi baş tutub

“Azərpoçt”-da  rəhbər dəyişikliyi baş tutub

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

“Report”a istinadən xəbərdə deyilir ki, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Bildirilib ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021-2022-ci illərdə “Azərpoçt”un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İdarə Heyətinin üzvü olub.

..

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsi Manaf Babayevə həvalə edilib.

Qeyd edək ki, M. Babayev bundan öncə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş maliyyə direktorunun müavini olaraq çalışıb.