Şəfəqə Doğru » Gündəm » "Mən müxalifətçi idim"

"Mən müxalifətçi idim"

"Mən müxalifətçi idim"
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, sovet dövründə Kommunist Partiyasının üzvü olarkən partiya daxilində konstruktiv müxalifətçi kimi çıxış edib. 
O, bu barədə RT telekanalına verdiyi müsahibədə danışıb.
"Partiya quruculuğunun və Kommunist Partiyasının işinin bütün çatışmazlıqlarına baxmayaraq, mən vaxtilə Kommunist Partiyasının üzvü idim. Hər şey asan deyildi. Demək olar ki, partiya daxilində mən belə konstruktiv müxalifətçi idim", deyə o bildirib.
Lukaşenko əlavə edib ki, ədalətsizliyə qarşı mübarizə hissini özündə qoruyub saxlaya bilib və bunu özünün ən yaxşı xüsusiyyətlərindən biri adlandırıb.
Belarus rəhbəri həmçinin ABŞ-da müsbət cəhətlərin çox olduğunu, lakin axmaqlıqların da kifayət qədər olduğunu, eyni vəziyyətin SSRİ-də də hökm sürdüünü qeyd edib.
Müsahibə zamanı Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin dostluqdan da artıq olduğunu deyib. Onun sözlərinə görə, Rusiya lideri ilə qardaş kimi ünsiyyət qurur.