Şəfəqə Doğru » Gündəm » Ağdamda baş verən qəzada 4 nəfər həyatını itirib

Ağdamda baş verən qəzada 4 nəfər həyatını itirib

Ağdamda baş verən qəzada  4 nəfər həyatını itirib

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 APA-ya istinadən yayılan xəbərdə bildirilir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma davam etdirilir.