Şəfəqə Doğru » Gündəm » ADY yeni qatarlar alacaq

ADY yeni qatarlar alacaq

ADY yeni qatarlar alacaq

“20 yeni qatar Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət üçün nəzərdə tutulub”.

Bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, qatarların alınması ilə bağlı son tamamlanma işləri gedir: “Bundan başqa, rayonlararası marşrutlarda işləmək üçün 4 yeni qatar və 4 lokomotivin alınması prosesi sona çatmaq üzrədir. Məqsəd həm də şəhər daxilində mobilliyin təmin olunması, xidmət səviyyəsini yüksəltməkdir. Sərnişin məmnuniyyətinin artırılması üçün müxtəlif kombinasiyalı həllər və müxtəlif paket həllərin tətbiqi də nəzərdə tutulub”.

Qeyd edilir ki, ADY sədri Rövşən Rüstəmov “Real TV” və AZƏRTAC-a müsahibəsində yeni qatarların alınacağını açıqlayıb.