Şəfəqə Doğru » Gündəm » Neft Emalı Zavodunda yanğın başlayıb

Neft Emalı Zavodunda yanğın başlayıb

Neft Emalı Zavodunda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir // axar.az