Şəfəqə Doğru » Gündəm » 9 334 müəllim son imtahanda uğursuz nəticə göstərib

9 334 müəllim son imtahanda uğursuz nəticə göstərib

9 334 müəllim son imtahanda   uğursuz nəticə göstərib


Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən bildirib ki, sertifikatlaşdırma prosesi yekunlaşmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə ümumi statistika formalaşıb.

Təqdim olunan məlumata əsasən:

- 9 334 müəllim uğursuz nəticə göstərib;

- 7 947 müəllim 60 yaşını tamamlayaraq əmək fəaliyyətini başa vurub;

- 52 194 müəllim 30-50 bal toplayaraq qənaətbəxş nəticə göstərib;

- 25 508 müəllim 51 və daha yuxarı bal toplayaraq yüksək nəticə göstərib;

- 6 493 müəllimin isə pedaqoji stajı 3 ili tamamlamadığı üçün onlar bu statistikaya ayrıca kateqoriya kimi daxil edilib.

Emin Əmrullayev qeyd edib ki, sertifikatlaşdırma nəticəsində yaranmış vakant dərs saatlarının bölgüsü iki istiqamətdə həyata keçirilir.

Onun sözlərinə görə, həmin dərs saatları hazırda tədris aparan müəllimlər arasında bölüşdürülür və müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə vakant yerlərə yeni müəllimlər cəlb olunur.// oxu.az