Şəfəqə Doğru » Gündəm » Deputat hökuməti ünvanlı sosial yardımı dayandırmağa çağırdı

Deputat hökuməti ünvanlı sosial yardımı dayandırmağa çağırdı

Deputat hökuməti ünvanlı sosial yardımı dayandırmağa çağırdı
Millət vəkili hökumtədən ünvanlı sosial yardımın dayandırılmasını tələb etdi.
 
Millət vəkili Musa Quliyev aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə onlara verilən  maliyyə vəsatinin dayandırılaraq, bu vəsaitlərin pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməsini istəyir.
 
Shafaqadogru.com  xəbər verir ki,  Milli Məclisdə (MM)  büdcə müzakirələri zamanı çıxış edən millət vəkili  bildirib ki, ümumiyyətlə, dünyada belə proqramlar müvəqqəti xarakterli proqramlar hesab olunur: 
 
"Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Artıq hökumət bu proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır”.