Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15107 nikaha daxilolma və 8087 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
“2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb”, - rəsmi məlumatda qeyd olunub // qafqazinfo
