Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Qafqazinfo”-nun xəbərinə görə , bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edilir ki, R.Arifoğlunun 60 yaşı tamam olur.