Möhtərəm Prezident İlham Əliyevin şəhid ailələrinə olan diqqət və qayğısının hər zaman şahidi oluruq. Eyni siyasəti davam etdirən, əsas vəzifələrindən bilən Qazax rayon İH Başçısı Rəcəb müəllim Babaşovun şəhid ailələrinin xeyir-şər mərasimində iştirakı, onların adına bulaq, dayanacaq tikdirməsi bizlərin diqqətindən yayınmır.
Çox təəssüf hissi ilə deyə bilərik ki, bu dövlət qayğısını fürsətə çevirənlərdə az deyil. Aldığımız məlumata görə Arkoz Qazax Sement zavodunun idarəçi rəhbəri Mücait bəyin bilgisi daxilində onun kənar və kirli işlərini həyata keçirən Nahid Salehov şəhid ailələrinə yardım adı altında şişirdilmiş smeta dəyəri əsasında tikdirdiyi və təmir etdirdiyi evlərdən özü və ya özləri üçün qazanc əldə edib. Belə ki, bir neçə dəfə artıq yazılmış və xərcləri zavod tərəfindən ödənilmiş materillarla Qazax rayonunda bizim bildiyimiz 2 eyni proyektli ev inşa etdirilir. Adı keçən əmlakların kimə aid olduğunu və görülən işlər haqda araşdırmalar apardıq. Evlərin sadəcə materialı deyil, ustaları, mühafizəsi, orada çalışanların yeməkləri, daşınmaları və s. zavod hesabına görülür. Ətrafa və qonşuluqda yaşayanlara evlərin zavoda aid olduğu üçün ciddi mühafizə olunduğunu söyləyiblər. Aldığımız məlumatda zavod adına tikintisi davam edən evlərdən birinin Nahid Salehovun sürücüsü Amin Süleymanovun adına olmasıdır. Bizim araşdırmalarımızdan narahatlıq keçirdikləri üçün evlərin tikintisi başa çatmamış təcili satışa çıxarıblar. Bu kirli əməllərlə dövlətin və şirkətin əmlakını talayan Nahid S. və onun əlaltılarının (satınalma, mühafizə, adminstrativ, dağ-mədən, kadrlar və s.) sadalamaqla bitməyən mənimsəmə əməliyyatlarından biridir. Əlaqəli qurumlarla yanaşı Emin bəyin də tabeçiliyində olan zavod və özünün işgüzar nüfuzuna xələl gətirən bu qruplaşmanı araşdırmasının vacibliyi açıq-aşkar hiss olunur.
Növbəti yazılarımızda xammal alış-satısından, işçilərin pulla işə götürülməsindən, bəzi metal və materialların yararsız göstərilərək zavod xaricinə çıxarılıb satılması haqqında yürüdülən araşdırma haqqında yazacağıq.
(redaksiya qarşı tərəfin fikirlərini dərc etməyə hazırdir)
"Şəfəqə Doğru" redaksiyası