Şəfəqə Doğru » Gündəm » İraq Türkiyəyə hər gün bir milyon barel neft tədarük edəcək

İraq Türkiyəyə hər gün bir milyon barel neft tədarük edəcək

İraq Türkiyəyə hər gün bir milyon barel neft tədarük edəcək

"İraq Türkiyəyə hər gün bir milyon barel neft tədarük edəcək".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verib ki, bu məlumatı İraq Baş naziri Əli əz-Zeydini Beştəpədə qəbul edən Prezident Ərdoğan açıqlayıb.

O, birgə mətbuat konfransında bildirib ki, İraqla, xüsusən də enerji sahəsi üzrə əməkdaşlığı dərinləşdirən sazişə imza atıblar.

Ərdoğan daha sonra gözlənilmədən üzünü ölkəsinin Energetika nazirinə çevrirərk, maraq çəkən ifadə işlədib:  "Cənab nazir, daha sağ-sola getməyə ehtiyac yoxdur. İraq hər gün bizə bir milyon barel neft göndərəcək".

Bu yerdə İraqın Baş naziri "maşallah" deyib.

Ərdoğan daha sonra deyib ki, bu gün Baş nazirlə İran, Suriya və Fələstinlə bağlı müzakirələr aparıblar: "Terrorsuz Türkiyə və terrorsuz bölgə vizyonumuzu gerçəkləşdirmək üçün İraqlı qardaşlarımızla sıx dialoqdayıq. İnşallah, hər iki ölkəyə baha başa gələn bu məsələni yaxınvaxtlarda tamamilə gündəmimizdən çıxaracağıq. Digər tərəfdən, İraqın ehtiyac duyduğu müdafiə sənayesi məhsullarının tədarükündə öz töhfəmizi verməyə hazırıq".