Şəfəqə Doğru » Gündəm » Kozinoğlunun ölümü ilə bağlı iş yenidən açılır: FETÖ sui-qəsdi?

Kozinoğlunun ölümü ilə bağlı iş yenidən açılır: FETÖ sui-qəsdi?

Kozinoğlunun ölümü ilə bağlı iş yenidən açılır: FETÖ sui-qəsdi?

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun ölümü ilə bağlı cinayət işi 15 il sonra yenidən açılır.

Xəbər verilir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Kozinoğlunun ölümü ilə bağlı iş yenidən qiymətləndirilməsi üçün Ədliyyə Nazirliyinin Cinayət İşləri Baş İdarəsinin Həll Olunmamış İşlər şöbəsinə göndərilib.

Xatırladaq ki, Kozinoğlu FETÖ-cu sabiq prokuror Zəkəriyyə Öz tərəfindən aparılan istintaq çərçivəsində həbs edilmiş, bir müddət sonra, 2011-ci ilin 12 noyabr tarixində Silivri həbsxanasında vəfat etmişdi. Həmin vaxt istintaq onun ölümünün təbii səbəblərdən qaynaqlandığı qənaətinə gəlmişdi//axar.az