Sabahdan etibarən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda analoq yayım dayandırılacaq.
Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, bu rayonlarda 10 dekabrdan başlaraq rəqəmsal yayıma keçiləcək. Bu, MTRŞ tərəfindən regionlarda analoq yayımın mərhələli dayandırılması qərarından sonra ikinci etapdır.
III mərhələdə – 20 dekabr tarixindən başlayacaq. Belə ki, həmin tarixdən etibarən Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.
Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırılıb.