Şəfəqə Doğru » Gündəm » Bakıda mal əti bahalaşdı - səbəblər açıqlandı

Bakıda mal əti bahalaşdı - səbəblər açıqlandı

Bakıda mal əti bahalaşdı - səbəblər açıqlandı

Bakının bəzi ərazilərində mal ətinin qiyməti bahalaşıb. Hazırda sümüklü mal ətinin kiloqramı 19, sümüksüz ət isə 23 manata satılır.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Modern.az-a açıqlamasında bildirib ki, bahalaşmanın əsas səbəbləri heyvandarlıqda istehsal xərclərinin artması və təklifin məhdudlaşmasıdır.

Onun sözlərinə görə, yem, ot, baytarlıq və daşınma xərclərinin yüksəlməsi ətin maya dəyərini artırır. Eyni zamanda, mal-qaranın sayında azalma və bazara çıxarılan ət həcminin məhdudlaşması qiymətlərə təzyiq yaradır.
Ekspert kafe və restoranların da ətə olan tələbatı artıraraq qiymətlərə müəyyən təsir göstərdiyini qeyd edib. 

Akif Nəsirli hesab edir ki, istehsal xərcləri və təklif problemi davam edərsə, mal ətinin qiyməti qarşıdakı aylarda da yüksək qala və daha da bahalaşa bilər.

“Fermerin gəlirliliyi azalarsa, mal-qaranın sayını azaltması gələcəkdə ət təklifini daha da məhdudlaşdıra bilər. Bu isə qiymətlərin yüksək qalmasına səbəb ola bilər”, - deyə ekspert vurğulayıb//modern.az