Şəfəqə Doğru » Gündəm » Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti ilə görüşdü

Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti ilə görüşdü

Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşüb.

Xəbərdə bildirilir ki, görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə suni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb//musavat.com