ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalardan danışıb. O, çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin daha əvvəl onun haqqında səsləndirdiyi fikri də xatırladıb.
Tramp çıxışında dünyada səkkiz müharibə və münaqişənin dayandırılmasına nail olduğunu bildirib. Ağ Evin rəsmi siyahısında bunların sırasında Azərbaycan-Ermənistan, Kamboca-Tailand, Kosovo-Serbiya, Konqo Demokratik Respublikası-Ruanda, Pakistan-Hindistan, Misir-Efiopiya, İsrail-İran qarşıdurmaları və Qəzza müharibəsi göstərilir.
Tramp bildirib ki, bu proseslərdə müxtəlif ölkələrin liderləri ilə şəxsi münasibətlərindən və əlaqələrindən istifadə edib. ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderləri ilə əldə olunmuş razılaşmaları da bu kontekstdə xüsusi qeyd edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə söylədiyi sözləri xatırladıb:
“Prezident Tramp altı ay ərzində möcüzə yaratdı”.
İlham Əliyev həmin vaxt Trampın qısa müddətdə uzun illər həllini tapmayan münaqişələrin nizamlanmasına töhfə verdiyini bildirmiş və onun Nobel Sülh Mükafatına layiq olduğunu söyləmişdi.
Tramp Ermənistanın baş naziri Nikol Paşinyanın da mövqeyinə istinad edərək, əldə edilən irəliləyişin ABŞ Prezidentinin şəxsi iştirakı və sülh prosesinə bağlılığı olmadan mümkün olmayacağı barədə fikirlərini səsləndirib//musavat.com
